Interposta.Info

Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edildi

Siyasət
 19-10-2021, 15:38     412

Prezident İlham Əliyev Məhərrəm Abış oğlu Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Məhərrəm Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, Məhərrəm Əliyev Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışır. Qeyd edək ki, oktyabrın 20-də Məhərrəm Əliyevin 70 yaşı tamam olur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26