Interposta.Info

Bir il əvvəl bu gün azad edilən ərazilər (SİYAHI)

Siyasət / Manşet
 15-10-2021, 09:38     428


44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatları ilə Qarabağı işğaldan azad edirdi.

Azərbaycan Ordusu oktyabrın 15-də də sürətli əks-hücum əməliyyatları həyata keçirib.

"İnterPosta" ötən il, oktyabrın 15-də azad olunmuş ərazilərin siyahısını təqdim edir.

Həmin gün müzəffər Azərbaycan Ordusu Füzulinin Arış və Cəbrayılın Doşulu kəndlərini işğaldan təmizləyib.

Azərbaycan Ordusu Xocavənddə də bir neçə kəndi Ermənistanın işğalından azad edib.

Ordumuzun əməliyyatları ilə Xocavəndin Edişə, Düdükçü, Edili, Çiraquz kəndləri işğaldan azad olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26