Interposta.Info

Türkiyə prezidenti Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edəcək
 

Siyasət
 9-09-2021, 10:16     438

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək.

"İnterPosta"nın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki səfiri təyin olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26