Interposta.Info

İşlər sürətləndirilsin - Əli Əsədovdan TAPŞIRIQ

Siyasət
 18-06-2021, 20:55     506

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, iclasda Komissiyanın üzvləri və təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları iştirak ediblər.

İclas zamanı, dəymiş ziyanın aradan qaldırılması sahəsində indiyə qədər görülmüş işlərə dair məlumatlar dinlənilib, konkret istiqamətlər və işlərin sürətləndirilməsinə dair tapşırıqlar verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26