Interposta.Info

Rusiya Qarabağdakı son vəziyyətlə bağlı məlumat YAYDI

Siyasət
 25-05-2021, 11:21     756

Bölgədə gecə-gündüz monitorinq aparılır və mülki nəqliyyat vasitələrinin təhlükəsizliyi təmin edilir.

"İnterPosta" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı tərəflərin demarkasiya xəttində atəşkəs rejiminə riayət olunmasını izləməyə davam edir, həmçinin nəqliyyat vasitələrinin təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin edilir:

“Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları və Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb. Bundan əlavə, müşahidə məntəqələrinin şəxsi heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri və pozuntuların qarşısını almaq üçün təlimlər keçirir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26