Interposta.Info

Co Bayden Azərbaycanla bağlı icazə verdi - Hərbi yardım göstərilsin
 

Siyasət / Manşet
 4-05-2021, 14:14     656

ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib.

"İnterPosta"nın məlumatına görə, bu barədə Qaynarinfo-nun "The Hill”ə istinadən verdiyi xəbərə görə, Bayden administrasiyası aprelin 26-da Konqresi "Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin təxirə salınması barədə məlumatlandırıb.

Bildirişdə ABŞ dövlət katibi Entoni Blinken ediləcək hərbi yardımın Dağlıq Qarabağ nizamlanması ilə bağlı danışıqlara mane olmayacağını və ya Ermənistana qarşı istifadə edilməyəcəyini vurğulayıb.

"ABŞ-ın köməyi ölkəmizin beynəlxalq terrorizmə qarşı səylərini, habelə ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmə qarşı mübarizə əməliyyatlarına hazırlığını dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, ABŞ-ın köməyi Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdir”, - deyə bildirişdə E. Blinken təsdiqləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26