Interposta.Info

Rəsmi Bakı Paşinyana Hüseyn Cavidin şeiri ilə cavab verdi

Siyasət / Paradoks
 16-04-2021, 11:09     639


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

"İnterPosra" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

XİN Paşinyana Hüseyn Cavidin şeirini xatırladıb.

"Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

"Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26