Interposta.Info

Erməni fəal İlham Əliyevə müraciət etdi: Bizi keçmiş prezidentlərdən xilas edin

Siyasət
 19-03-2021, 00:30     381

Tanınmış erməni fəalı İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Azərbaycanla sülhə çağırdığına görə ermənilərdən çoxsaylı təhdidlər alan Verdyan müraciətində Prezidentdən Ermənistana, keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyandan qurtulmaqda kömək etməsini xahiş edib.


"Hörmətli cənab Prezident! Nəzərinizə çatdırıram ki, R.Köçəryan və S.Sarqsyanın şəxsində Azərbaycan Respublikasının iki təbəəsi hazırda Ermənistan Respublikasının ərazisindədir. Onlar təxribatçı fəaliyyətləri ilə adi quldurluq və terrorizm üsulu ilə hərəkət edərək Azərbaycan və Ermənistana düzəlməz zərərlər vurmaqda davam edirlər.

Xahiş edirəm, yuxarıda adı çəkilən vətəndaşların Azərbaycana ekstradisiyası üçün bütün lazımi tədbirləri görəsiniz", - deyə Verdyan öz “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, bundan əvvəl-fevralın 26-da Xocalıda baş vermiş faciənin ildönümü günü İşxan Verdyan Azərbaycana başsağlığı verərək, təqsirkarların cəzalandırılacağına ümidvar olduğunu bildirmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26