Interposta.Info

Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat (VİDEO)

Siyasət
 11-03-2021, 23:44     439

Rusiyanın "Birinci kanal”ı Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın Kəlbəcər rayonuna humanitar yüklərin daşınmasına dair süjet yayımlayıb.

"Qafqazinfo”nun məlumatına görə, süjetdə bildirilib ki, bölgəyə ümumilikdə 130 ton həcmində elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materialları çatdırılıb.

Bu yardımların regionda sosial obyektlərin və yaşayış evlərini işıq və su ilə təminatı üçün son dərəcə önəmli olduğu vurğulanıb.

Sonda isə aparıcının Rusiya sülhməramlı kontingentinin Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərində deyil, qondarma respublikanın ərazisində olduğunu bildirməsi isə kanalda ermənipərəst meyillərin güclü olduğuna işarə edir.

Rusiyanın "Birinci kanal”ının efirində rəsmi Moskvanın mövqeyinə zidd, eyni zamanda, təxribatçı ifadələrin səslənməsi sözügedən kanalın erməni lobbisinin təsiri altında fəaliyyət göstərməsinin sübutudur.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olduğunu bəyan edib. Lakin görünür, Rusiya mediasında ermənipərəst qüvvələrin təsiri KİV-i ölkənin rəsmi mövqeyinə zidd ifadələr səsləndirməyə sövq edir.

İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26