Interposta.Info

YAP-ın Veteranlar Şurasına Arif Rəhimzadə sədr seçildi

Siyasət
 5-03-2021, 13:56     375


Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Ağsaqqallar Şurası yaradılıb.

"İnterPosta" Qafqazinfo-ya istinadən məlumatına görə, Şuraya 35 nəfər üzv seçilib. Sədr isə qocaman YAP-çı Arif Rəhimzadə olub. Əvvəlki İdarə Heyətindən və Siyasi Şuradan uzaqlaşdırılan yaşlı YAP-çılar Ağsaqqallar Şurasında cəmlənib.

Bundan əlavə, yeni İdarə Heyəti yaradılaraq 40 nəfər üzv seçilib. Yeni İdarə Heyətinin tərkibi əsasən, YAP-ı Milli Məclisdə təmsil edən şəxslərdən formalaşdırılıb.

Qurumun Siyasi Şurası buraxılıb və yeni NTK seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26