Interposta.Info

Ermənistan dronlarımızı zərərsizləşdirmək üçün bunu etdi (ŞƏRH)

Siyasət
 5-03-2021, 13:45     512


"Ermənistanın hər addımı diqqətdə saxlanmalıdır”.

Qaynarinfo xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Ermənistanın Yüksək texnologiyalar naziri Akop Arşakyanın Radioelektron mübarizə məqsədilə yeni hazırlanan "X-100" silahından danışarkən deyib. Onun sözlərinə görə, silahın hazırlanmasında məqsəd dronlara qarşı mübarizədir:

"Bu radioelektron stansiyanın 100 km məsafədə GPS, GLONASS və digər peyk sistemləri ilə işləyən dronların fəaliyyətini əngəllədiyi bildirilir. Ermənilər bu silahı 25-27 mart tarixdə keçirilməsi nəzərdə tutulan ArmHiTec silah sərgisində nümayiş etdirəcəklər. Görünür ki, dron hazırlamaq üçün zəruri resurslar ermənilər üçün əlçatan olmayıb. Çalışırlar heç olmasa dron hücumunun qarşısını alsınlar. Amma fərqində deyillər ki, dron texnologiyaları da sürətlə inkişaf edir. İstənilən halda yatmayıblar, işləyirlər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26