Interposta.Info

Rəsmi Bakıdan Yerevanın “Naxçıvan dəhlizi” açıqlamasına CAVAB

Siyasət
 16-02-2021, 14:53     301

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN rəhbəri Ara Abramyanın son açıqlamalarına reaksiya verib.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ara Ayvazyanın üçtərəfli razılaşma ilə bağlı sözlərini “boş bəyanat” adlandırıb.

“Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı. Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”- deyə açıqlamada deyilir.

Xatırladaq ki, Ermənistan tərəfi ölkə başçılarının üçtərəfli razılaşmasının 9-cu bəndində nəzərdə tutulan və bölgədəki nəqliyyat kommunikasiyalarının, o cümlədən, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılmasını özüendə ehtiva edən məqamla bağlı qərəzli açıqlama vermişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26