Interposta.Info

"İqtidar canını ondan nə qədər tez qurtarsa, o qədər yaxşıdır” - Sədr

Siyasət
 11-02-2021, 17:53     779

"Təklif edirəm ki, Siyavuş Novruzova orden, medal verilsin və təqaüdə göndərilsin”.

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı Milli Məclisin deputatı Siyavuş Novruzovun jurnalistlərə "məni siyasətə qatmasınlar" çağırışından danışarkən deyib. O bildirib ki, Siyavuş Novruzovun bundan sonra istəlinən fəaliyyəti iqtidara ancaq ziyan vura bilər:


"Mənə maraqlı gələn odur ki, YAP niyə belə bir insanla yollarını ayırmır? Düzdür, onun vəzifəsindən uzaqlaşdırdılar, amma hələ də orada siyasi şuranın üzvü və YAP-ı parlamentdə təmsil edən deputatlardan biridir. Düşünürəm ki, Siyavuş Novruzov zamanında iqtidara hansısa faydası olub. Təbii ki, bunun özü də sual altındadır. Siyavuş Novruzov iqtidar partiyasına yük olmaqdan başqa bir şey deyil. İqtidar komandası ondan canını nə qədər tez qurtarsa, o qədər yaxşıdır”.

Qeyd edək ki, Milli Məclisin deputatı Siyavuş Novruzov mətbuata müsahibəsində siyasi məsələlərdən artıq uzaq durduğunu qeyd edib:

"Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26