Interposta.Info

"Putin, Şoyqu və Lavrov erməni diversantların azad olunmasına şəxsən çalışır" - Səfir

Siyasət / Paradoks
 9-02-2021, 00:43     1 288

"Vladimir Putin, Sergey Şoyqu və Sergey Lavrov Azərbaycandakı erməni əsirlərin qaytarılması üçün şəxsən çalışırlar”.

"İnterPosta"nın məlumatına görə, xəbəri Hit.az "Yerevan Today" saytına istinadən yayıb.

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Yerevan Universitetindəki konfransdan sonra jurnalistlərə deyib.

Qeyd edək ki, Kopırkin "erməni əsirlər" deyərkən Azərbaycan Ordusunun 26 noyabr 2020-ci ildə, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il atəşkəs Bəyanatından sonra, Xocavənddə saxladığı erməni diversiya qrupunun üzvlərini nəzərdə tutur.

Onun sözlərinə görə, məsələ şəxsən RF prezidentinin nəzarətindədir, lakin proses uzun çəkəcək.

"Şişirtmədən deyirəm ki, bu məhz o məsələdir ki, Rusiya prezidenti, xarici işlər naziri və müdafiə naziri şəxsən məşğul olur. Məsələ böyük ehtimalla tez həll olunmayacaq. Amma inanın ki, bunun üçün maksimum səy sərf olunur”, - Kopırkin bildirib.

Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa cəlb edilib.

Onların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

İstintaq zamanı müəyyən edilib ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26