Interposta.Info

"Hər bir vergül üstündə mübarizə gedirdi" - Putin noyabr bəyanatından danışdı

Siyasət / Paradoks
 18-01-2021, 09:34     798

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda atəşkəs haqqında noyabr bəyanatının qəbul edilməsi ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

O deyib ki, razılaşmanın mətni əvvəlcədən hazırlanmayıb. Bütün qərarlar birbaşa Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə qəbul edilib: “Sadəcə, hərbi əməliyyatlar zonasında elə vəziyyət yaranmışdı, açığını deyək, Ermənistan elə bir həddə gəlib çatmışdı ki, qərar qəbul etmək lazım idi. Ancaq haqqına demək lazımdır, bu şəraitdə mübarizə hər iki tərəfdən hər bir söz, hər bir bənd, demək olar ki, hər bir vergül üstündə gedirdi”./yenisabah.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26