Interposta.Info

Azərbaycan və Rusiya baş nazirləri Dağlıq Qarabağın bərpasını müzakirə etdi

Siyasət
 29-12-2020, 21:04     358

Azərbaycanın Baş naziri Əli Əsədovla rusiyalı həmkarı Mixail Mişustin arasında telefon danışığı baş tutub.

"Report” Rusiya hökumətinə istinadən xəbər verir ki, tərəflər iqtisadi-ticari əməkdaşlığı, xüsusilə də enerji, nəqliyyat, sənaye sahələrindəki birgə layihələrin icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bununla yanaşı, koronavirusa qarşı tədbirlər, o cümlədən yeni dərmanların tətbiqilə bağlı da müzakirələr aparılıb.

Tərəflər "Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikası baş naziri, Rusiya Federasiyası prezidenti tərəfindən 9 noyabr tarixində imzalanmış birgə bəyanata əsasən Dağlıq Qarabağın münaqişə sonrası bərpası və iqtisadi inkişafı” istiqamətində birgə səylərin əhəmiyyətini vurğulayıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26