Interposta.Info

Azərbaycan Prezidenti MDB dövlət başçılarının videokonfrans formatında sammitində iştirak edir

Siyasət
 18-12-2020, 13:26     423

MDB dövlət başçılarının video-konfrans formatında sammiti keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Özbəkistanın sədrliyi ilə keçirilən sammitdə MDB çərçivəsində siyasət, ticarət-iqtisadi, sosial və mədəniyyət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunması planlaşdırılır. Bundan başqa, sammitdə koronavirus infeksiyasının yayılması ilə mübarizədə əməkdaşlıq, aktual beynəlxalq və regional problemlər barədə fikir mübadiləsi aparılacaq.

İclasının yekunu olaraq MDB-nin aktuallaşdırılmış gələcək inkişaf konsepsiyası təsdiqlənəcək, BMT-nin yaradılmasının 75 illiyi və beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı birgə bəyanat qəbul olunacaq.

Qeyd edək ki, video-konfrans formatında keçirilən MDB liderləri sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26