Interposta.Info

Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

Siyasət / Paradoks
 17-12-2020, 18:23     759

"Dağlıq Qarabağda gərginlik uzun illər davam edib. Bunun xarici müdaxilə nəticəsində baş verdiyini düşünmürəm”.

Bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

O, qoşunların təmas xəttində tez-tez atışmaların olduğunu xatırladıb.

"Nəticədə bu, münaqişəyə çevrildi. Biz həmişə, uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması nöqteyi-nəzərindən çıxış etmişik... Beynəlxalq nöqteyi-nəzərdən bütün bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir”, - Putin söyləyib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26