Interposta.Info

Müşahidə nöqtələri Qarabağa çox yaxın yerlərdə olacaq - Türkiyə XİN

Siyasət
 17-12-2020, 13:28     496

Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya ortaq monitorinq mərkəzi Ağdamda yerləşəcək:

"Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərirsə, müşahidə nöqtələri orada olmalıdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26