Interposta.Info

Rusiya Silahlı Qüvvələrindən atəşkəslə bağlı açıqlama: "Riayət edilir"

Siyasət
 11-11-2020, 14:40     539


Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırıb.

Bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hər iki ölkənin silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə qalıblar.

S.Rudskoy bildirib ki, Qarabağda sülhməramlı vəzifələrin həyata keçirilməsində ordu aviasiyası və PUA komplekslərindən istifadə ediləcək. Onun sözlərinə görə, münaqişə zonasına göndərilən Rusiya sülhməramlılarının demək olar hamısı Suriya təcrübəsinə malikdir./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26