Interposta.Info

Hikmət Hacıyev: “Şəhidlərimiz geosiyasi oyunları darmadağın etdilər”

Siyasət
 11-11-2020, 09:32     1 082

Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə "fait accompli” prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər.

"İnterPosta" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.

"Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi”-deyə, o bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26