Interposta.Info

Ukraynalı hərbi müşahidəçi: “Qarabağ boşaldılıb” (VİDEO)

Siyasət
 3-11-2020, 16:11     687

Hərbi mütəxəssislər erməni silahlılarının geri çəkilməsi ilə yanaşı, mülki əhalini atəşə tutub qaçmasına da diqqət yetirir.

Baku TV xəbər verir ki, ukraynalı hərbi mütəxəssis Aleksandr Kovalenkonun sözlərinə görə, Ermənistan silahlılarının Gəncəni, Bərdəni, Tərtəri atəşə tutması, gözlənilən davranışdır. Çünki döyüş meydanında düşmənə qarşı çıxa bilmir və istəyir ki, Azərbaycan da Ermənistanın dinc sakinlər yaşayan ərazilərinə zərbələr endirsin, beləliklə də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatından dəstək istəsin.

Ukraynalı hərbi müşahidəçi Aleksey Arestoviç onu da bildirib ki, artıq Qarabağ boşaldılıb. Ermənistan hökuməti əhaliyə Qarabağı tərk etmələri üçün müraciət edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26