Interposta.Info

"Paşinyan hakimiyyətdə nə qədər çox qalsa...” (ŞƏRH)

Siyasət
 15-10-2020, 12:36     432

"Paşinyanın mövqeyi zəifləyib və həqiqətən də başını itirib”.


Bunu"İnterPosta"-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin "Haber Türk”ə müsahibəsində "Paşinyan hakimiyyətdə nə qədər çox qalsa, bizim üçün bir o qədər yaxşıdır" fikirlərini şərh edərkən deyib. Politoloq deyib ki, Paşinyan son günlər mətbuata da açıqlama vermir:


"Əvvəl mətbuata müsahibələr verərdi, amma artiq deməyə sözü qalmayıb. Prezident haqlıdır, belə məntiqsiz adamın Ermənistan hakimiyyətində qalması bizim də maraqlarımıza cavab verir ki, rahat işimizi görə bilək”.






Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan danışıqlar masasında oturmağa maraqlı deyil:


"Atəşkəs də bizim maraqlara cavab vermir. Cəbhə bölgəsində üstünlüklərimiz var. Bunu Prezident də müsahibəsində deyib. Ermənilərin kifayət qədər hərbi texnikasını məhv etmişik. Əlimizdə yetərincə qənimətləri var. Bu, ondan xəbər verir, artıq onların daxilində bir panika var. Döyüşmək istəmirlər, maraqları yoxdur. Bu baxımdan Azərbaycan ordusunun qələbələri göz qabağındadır”.


Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyənin "Haber Türk” kanalına müsahibə verib. Prezident müsahibəsində "Paşinyan hakimiyyətdə nə qədər çox qalsa, bizim üçün bir o qədər yaxşıdır", - deyə bildirib.

İnferPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26