Interposta.Info

Serbiyalı nazir Ermənistana silah satılması məsələsini aydınlaşdırmaq üçün Bakıya gəlib

Siyasət
 11-08-2020, 11:51     336

Serbiya Respublikasının Baş Nazirinin müavini və Daxili İşlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, N. Stefanoviç artıq Bakıdadır.

O, eyni zamanda Milli Təhlükəsizlik Şurasının katibidir.

Qeyd edək ki, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla zəng edərək iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmiş, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26