Interposta.Info

Rusiya XİN Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib

Siyasət
 30-07-2020, 17:52     371

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq haqqında razılaşma əsasında 29 iyul-10 avqust tarixlərində Azərbaycan ərazisində birgə, planlaşdırılmış, əməliyyat taktiki hərbi təlimləri keçirilir.

“Təlimlərdə 5 minə yaxın hərbçi iştirak edir. 150 zirehli texnika, 150-yə yaxın artilleriya qurğuları və hava hücumundan müdafiə vasitələri, eləcə də taktiki aviasiyanın 30 təyyarə və helikopteri, pilotsuz uçuş aparatları iştirak edir. Biz xüsusilə bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişəni nəzərə almaqla, ən diqqətli şəkildə regiondakı vəziyyəti izləyirik, tərəfləri hazırkı hərbi fəaliyyətlərində təkidli şəkildə təmkinli olmağa çağırırıq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26