Interposta.Info

Türkiyə parlamentindən Azərbaycana dəstək

Siyasət
 14-07-2020, 19:35     435

Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmasını qınayıb.

"HaberGlobal” xəbər verir ki, o, verdiyi açıqlamada beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırıb.

Ş.Ayrım Ermənistanın bundan əvvəl də oxşar hadisələr törətdiyini diqqətə çatdırıb.

Türkiyəli deputat Xocalı soyqırımında ermənilərin 600-dən çox azərbaycanlını vəhşiliklə qətlə yetirdiyini qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26