Interposta.Info

Türkiyənin Müdafiə nazirindən Azərbaycana dəstək

Siyasət
 14-07-2020, 19:33     756

Türkiyənin Müdafiə naziri Hulusi Akar Ermənistan-Azərbaycan sərhəddindəki gərginliklə bağlı danışıb.

"İnterPosta" xəbər verir ki, türk general Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəklərini bildirib:

"Ermənistanın Azərbaycanın Tovuz bölgəsində həyata keçirdiyi hücumu şiddətlə qınayırıq. Hücumun qarşısını alarkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Qardaş Azərbaycan xalqına başsağlığı veririk. Dağlıq Qarabağı işğal edən və illərdir təcavüzkar davranışını davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa, "bir millət, iki dövlət” deyə qəbul etdiyimiz azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək verməyə davam edəcəyik".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26