Interposta.Info

BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçildi

Siyasət
 18-06-2020, 07:42     471

Hindistan, İrlandiya, Meksika və Norveç BMT Təhlükəsizlik Şurasının 2021-2022-ci illərdə qeyri-daimi üzvləri seçilib.

Bu barədə Baş Assambleyada keçirilmiş səsverməsinin nəticələrinə istinadən TASS bildirib.

Qeyd edilir ki, Afrikadan heç bir ölkə şuraya qeyri-daimi üzv seçilə bilməyib. Çünki qitənin iki iştirakçı ölkəsi lazımi dəstək almayıb.

Bundan başqa, qeyd edilir ki, Kanada da səslərin lazımi sayını toplamayıb. Şimali Amerika ölkəsi İrlandiya və Norveçə rəqib kimi çıxış edirdi.

BMT Təhlükəsizlik Şurası səsvermə yolu ilə seçilən 10 qeyri-daimi və beş daimi üzvdən (Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa) ibarətdir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26