Interposta.Info

Azərbaycan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü oldu (FOTO/YENİLƏNİB)

Siyasət / Manşet
 11-03-2020, 12:41     412

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

11.24

Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

10.23

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçib. Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.

İnterPosta.info













Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26