Interposta.Info

ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirib

Siyasət
 30-01-2020, 09:10     326

ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaları genişləndirib.

Sanksiyalar siyahısında səkkiz fiziki şəxs və Krıma dəmir yolu ilə sərnişin daşıyan “Grand Express Service” şirkətinin adı yer alıb.

Bununla yanaşı, Sevastopolun qubernatoru vəzifəsini icra edən Mixail Razvojayev, şəhər qanunverici məclisinin spikeri Vladimir Nemtsev və Sevastopolun senatoru Yekaterina Altabayevanın adı “qara siyahı”ya salınıb./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26