Interposta.Info

617 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Siyasət
 8-01-2020, 17:46     306

"Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 nəfər müraciət edib".

"İnterPosta.info" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiq olunub: "Onlardan 2149 nəfəri isə imza vərəqələrini artıq götürüb, 1041 nəfəri qaytarıb, 617-si isə qeydə alınıb”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26