Interposta.Info

Ərdoğan: “Qətliam görmək istəyənlər Dağlıq Qarabağa baxsın”

Siyasət / Manşet
 16-10-2019, 15:31     10 424

"Ey Qərb, ey Ərəb Dövlətləri Liqası, ey azacıq da olsa vicdan və əxlaqa sahib ölkələr! Hamınıza müraciət edirəm, dövran belə qalmayacaq, dönəcək”.

"İnterPosta.info" Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki farksiyasının genişlənmiş toplantısında bildirib.

"Qətliam görmək istəyənlər Əfqanıstana, Qafqazda Dağlıq Qarabağa, Balkan yarımadasında Bosniya və Herseqovinaya baxsın. Türkiyəni mülki əhalini öldürməkdə günahlandıranların gözü kor, qulağı kar, ürəkləri daşlaşıb”, - deyə Ərdoğan qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26