Interposta.Info

Sergey Lavrov: "Suriyada müharibə başa çatıb"

Siyasət
 13-09-2019, 09:29     10 361

Rusiyan XİN rəhbəri Sergey Lavrov Suriyada müharibənin başa çatdığını elan edib.

Qaynarinfo xəbər verir ki, nazir "Trud" qəzetinə müsahibəsində Suriyadakı müharibənin "həqiqətən sona çatdığını" deyib. S.Lavrov "Ölkə zamanla dinc həyata qayıdır. Gərginlik zonaları İdlib və Fərat çayının şərqində, hökumətin nəzarət etmədiyi ərazilərdə mövcuddur", - deyə bildirib. Rusiyalı XİN başçısı Suriyaya humanitar yardımın vacibliyindən və uzunmüddətli sabitlik üçün siyasi prosesin irəliləməsi vəzifəsindən də söz açıb.

Qeyd edək ki, Suriyada 2011-ci ildən bəri silahlı qarşıdurmalar davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26