Interposta.Info

Bakıda tarixi görüş (FOTO)

Siyasət
 11-07-2019, 08:36     10 352

Bakı tarixi görüşə ev sahibliyi edib.

"İnterPosta.info" bildirir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Ayaz Mirzəyev məlumat yayıb.

Heydər Əliyev Mərkəzində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uoltersin başçılıq etdikləri nümayəndə heyətləri arasında danışıqlar baş tutub.
Bu danışıqlardan əvvəl isə hər iki nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidentinin qəbulunda olub.

Bu görüşün məhz Bakıda baş tutması qitələri birləşdirən Azərbaycanın geostrateji önəmini və artıq beynəlxalq dialoq məkanına çevrildiyini göstərir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26