Interposta.Info

Salome Zurabişvili: “Ümid edirəm ki, Azərbaycanla maraqlarımıza uyğun nəticə əldə olunacaq”

Siyasət
 26-05-2019, 19:27     10 348

"Hamıya aydındır ki, dövlətin müstəqilliyi sərhədlərsiz qoruna bilməz. Buna görə də dost ölkələrə səfərlərim zamanı sərhədlərin delimitasiyası məsələsini qaldırdım”.

İnterPosta.info
"Report”a istnadən xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışında bildirib.

O deyib ki, sərhədlərin delimitasiyası işini yekunlaşdırmaq lazımdır: "Bu problemi həll etmək lazımdır. Bizim mehriban qonşuluq münasibətlərimiz və bölgədə sabitliyə heç nə mane olmamalıdır”.

S.Zurabişvili Gürcüstan və Azərbaycan arasında sərhədlə bağlı komissiyanın fəaliyyətinin bərpa olunduğunu alqışladığını qeyd edib: "Ümid edirəm ki, yaxın gələcəkdə dövlətin maraqlarına uyğun müvafiq nəticə əldə olunacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26