Interposta.Info

Millət vəkilinin ikili vətəndaşlığı üzə çıxdı: Rüfət Quliyevin elə fotoları yayıldı ki...

Siyasət / Manşet
 23-04-2019, 11:08     10 387

Milli Məclisin deputatı Rüfət Quliyevin Ukraynada ötən gün keçirilmiş prezident seçkilərinin 2-ci turunda səs verdiyi bildirilir.

İnterPosta.info
xəbər verir ki, bu haqda məlumatı diasporpress.az yayıb. Sayt həmçinin deputat Rüfət Quliyevin Ukrayna seçkilərindəki səsvermədə iştirakını əks etdirən fotoşəkilləri də dərc edib. Quliyevin bu ölkədə keçirilən seçkilərdə səs verməsi isə onun həm də Ukrayna vətəndaşı olduğunu təsdiqləyir.

Millət vəkilinin ikili vətəndaşlığı üzə çıxdı: Rüfət Quliyevin elə fotoları yayıldı ki...

Azərbaycan qanunvericiliyi isə ikili vətəndaşlığı qadağan edir və bu qadağanın pozulması hüquqi məsuliyyət yaradır. İndiki halda isə Azərbaycanın sıravi bir vətəndaşının deyil, Milli Məclisin deputatı kimi yüksək statusa malik Rüfət Quliyevin qanunvericiliyin bu tələbinə məhəl qoymadığı üzə çıxıb. Müvafiq dövlət qurumlarının bu faktı diqqətlə araşdıracağı və qanuna uyğun şəkildə tədbir görüləcəyi gözlənilir.

İnterPosta.info

Millət vəkilinin ikili vətəndaşlığı üzə çıxdı: Rüfət Quliyevin elə fotoları yayıldı ki...

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26