Interposta.Info

Vyanada Qarabağ müzakirələri olacaq?

Siyasət
 25-03-2019, 16:53     10 401

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirəsi ilə bağlı növbəti görüş 29 martda, Avstriyanın paytaxtı Vyanada keçirilə bilər.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumatda deyilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirəsi mümkündür. Rusiya mediası Vyanadakı diplomatik mənbələrə istinadən xəbər verib ki, görüş Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilə bilər.

N.Paşinyanın mətbuat katibi Vladimir Karapetyan yerli mətbuata açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib etməyib. Qeyd edib ki, ətraflı məlumat razılaşdırılmış qaydada verilir.

Hələlik rəsmi Bakı görüş xəbərinə münasibət bildirməyib. Xatırladaq ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında sonuncu görüş Davos Forumu çərçivəsində baş tutmuşdu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26