Interposta.Info

Hikmət Hacıyev: "Qriqoryanda bir çox sualların cavabı var"

Siyasət / Manşet
 4-03-2019, 11:10     10 453

"Sumqayıt hadisələrini təşkil edən etnik erməni Qriqoryanda bir çox sualların cavabı var".

İnterPosta.info-nun məlumatına görə, bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter” səhifəsində yazıb.

H.Hacıyev bildirib: "Biz 1988-ci il Sumqayıt hadisələrinin yalançı təbliğatının şahidi olmuşuq. Sumqayıtda cinayət törədilib, lakin onu törədənlər cəzadan yayınıblar. Qəribədir ki, Ermənistanda heç kim, hətta diaspora Eduard Qriqoryanın yerini bilə-bilə ona suallar verməyib. Sumqayıt hadisələrini təşkil edən etnik erməni Qriqoryanda bir çox sualların cavabı var”.

Xatırladaq ki, keçmiş SSRİ hakimiyyəti və erməni xüsusi xidmət orqanlarının Sumqayıt şəhərində törətdiyi hadisələrdən 31 il ötür. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər həyatını itirdi. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Sumqayıt hadisələri əslində Ermənistan xüsusi xidmət orqanlarının həmin dövrdə təşkil etdiyi ssenarinin tərkib hissəsi idi.

Məlum olduğu kimi, bu hadisələr bir qrup azğınlaşmış dəstə tərəfindən törədilib. Həmin dəstəyə isə "Paşa” ləqəbli Qriqoryan Eduard Robertoviç adlı bir erməni başçılıq edib. Öldürülən 26 ermənidən 6 nəfərini məhz Qriqoryanın öldürməsi barədə faktlar var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26