Interposta.Info

Kremldə Azərbaycana münasibət yaxşılığa doğru dəyişir

Siyasət
 26-01-2019, 10:44     10 344

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfərinin gedişatında, erməni tərəfinin gözləntilərinə baxmayaraq, Rusiya prezidenti Vladimir Putin onunla görüşmədi. Nikol Paşinyanla yalnız Rusiyanın baş naziri Dmitri Medvedev görüşdü, o da erməni tərəfinin xahişindən sonra. Və bu haqda erməni KİV-i açıq yazır.

Erməni teleqram kanalı "Baqramyan 26" soruşur: danışıqlar şənmi keçdi? Görünür ki, Nikol Paşinyan növbəti dəfə özünü, necə deyərlər, öz boşqabında hiss etmədi. Və buna görə Moskvada olarkən ağzından qaçırdı ki, rəsmi səfərlə Rusiyaya gəlmək üçün dəvət gözləyir, bu dəvət isə sadəcə, yoxdur. Yəni onu nə vaxt dəvət etsələr, onda gələcək.

Erməni baş nazirinin Moskvaya səfəri ərəfəsində Yerevan analitikləri var gücləri ilə bəyan edirdilər ki, Yerevan və Moskva fəal əməkdaşlığın formatını axtarır. Məsələn, "Sputnik Armeniya”ya müsahibəsində politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan bildirirdi ki, indi yeni erməni hakimiyyəti ilə qarşılıqlı fəaliyyətin qurulması prosesi gedir.

Amma bu qurulma uğurlu alınmır, hər şeydən görünür ki, Moskvada indiyə qədər Yerevanın xarici siyasətinə kifayət qədər ehtiyatla yanaşırlar.

Sərhəddə Ermənistan üçün Rusiya qazının qiymətinin artmasını Yerevanda çoxları Moskva tərəfindən siyasi jest kimi izah etdilər.

Bütovlükdə isə, Ermənistanın keçmiş hakim Respublika partiyasının sədr müavini Armen Aşotyanın dediyi kimi, Paşinyanın baş nazirliyi dönəmində erməni-Rusiya münasibətlərində "qırışlar" əmələ gəlib.

Rusiya isteblişmentində Azərbaycana münasibət isə həqiqətən də isti və müsbətdir. Düzdür, hələ ki o, anti-erməni deyil, amma tendensiya var, axı Ermənistanda indiyə qədər Rusiya biznesinə təzyiq davam edir və Robert Koçaryan –Vladimir Putinin dostu – hələ də həbsxanadadır. Nəticədə, EADaily nəşrinin yazdığı kimi, Rusiya hakimiyyətinə yaxın mənbələr narazılıq edir, bildirirlər ki, məsələn, Rusiya Federasiyasının böyük biznesini Ermənistanda investisiyalar qoymağa inandırmaq çətin olacaq.

Amma Moskva hələ ki Ermənistanın yeni hakimiyyətinə şans verir. Yeri gəlmişkən, Rusiya analitiki, Avrasiya hərəkatının rəhbəri Aleksandr Duqin virtualaz.org-a açıqlamasında deyib ki, Vladimir Putinin Nikol Paşinyanla görüşməməsi faktını çox qabartmaq lazım deyil: "Mən düşünmürəm ki, bunu qabartmaq lazımdır. Moskvanın, Rusiya prezidenti Vladimir Putinin Ermənistan barəsində mövqeyi çox rasionaldır".

A.Duqinin sözlərinə görə, Rusiya dövlətinin başçısı həm Ermənistanı, həm də Azərbaycanı müttəfiq kimi tanıyır: "Ermənistan rəhbərliyi, hakimiyyətdə kimin- Serj Sarkisyanın, Nikol Paşinyanın və ya başqasının olmasından asılı olmayaraq, bununla razılaşır”.

"Putin Ermənistanla ardıcıllıqla əlaqə saxlayacaq. Amma əgər Rusiyanı şantaj cəhdi izləyəcəksə, Yerevan tərəfindən tərəddüd və ya Rusiyanı regional miqyasda öz şəxsi siyasətinin aləti etmək ideyası yaranacaqsa, onda Moskva öz mövqeyini dəyişəcək.

Rusiya prezidenti Vladimir Putin isə aydın və əvvəlcədən proqnozlaşdırıla bilən hərəkət edir. Tərəddüd edən Nikol Paşinyan onun çox xoşuna gəlmir, amma hələ ki bu, necə deyərlər, işçi məsələdir", - deyə Aleksandr Duqin vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26