Interposta.Info

Azərbaycanın Moskvadakı səfirliyinə Rusiya XİN-dən heç bir nota daxil olmayıb - RƏSMİ

Siyasət
 18-01-2019, 09:43     10 380

“Rusiya Xarici İşlər Nazirliyindən (XİN) Azərbaycanın Moskvadakı səfirliyinə heç bir nota daxil olmayıb”.

“Nota verilməyib. Sadəcə məlumat xarakterli yaddaş qeydi daxil olub. Hansı ki, rəsmi diplomatik yazışma hesab olunmur. Bu da Rusiyanın erməni mənşəli vətəndaşlarının Azərbaycan hava limanlarında və ya digər sərhəd keçid məntəqələrində gələcəkdə süni əngəllərlə rastlaşmamaları barədə məlumat xarakterli bir xahişdir”,- səfirlikdən bildiriblər.

Qeyd edək ki, son günlər Ermənistan mətbuatı Rusiya XİN-nin bu ölkədəki Azərbaycan səfirliyinə nota təqdim etməsi barədə xəbərlər yayıb./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26