Interposta.Info

“Bu güc Ermənistanı və onun cəmiyyətini vahimələndirir”

Siyasət / Manşet
 30-12-2018, 11:58     10 546

Qondarma Dağlıq Qarabağ “respublikası” “parlamenti”nin sədr müavini Vahram Balayan Azərbaycan ordusunun müasir silahlarla təchizatından narahatlığını dilə gətirib.
Balayan Azərbaycanın İrəvan və Göyçə torpaqlarını dilə gətirməsindən də narahatlığını ifadə edib. O, 2016-cı ilin aprel döyüşlərini, ermənilərin acı məğlubiyyətini də vahimə ilə yada salıb.
Mövzuyla bağlı bağlı politoluq Ramiyə Məmmədova İnterPosta.inf-ya açıqlama verib:

“Qondarma Dağlıq Qarabağ “respublikası”nın sədr müavinin sözləri əslində bu günki gündə Ermənistanın və onun cəmiyyətindəki fikri formlaşdırıb dilə gətirib. Ermənistanın bu gün həm iqtisadi, həm də siyasi vəziyyətində heç də ürəkaçan olmadığını bilirik. İqtisadi gücü və sərbəstliyi olmayan Ermənistan, düşmən bildiyi Azərbaycan torpaqlarını hansısa qüvvələrin yardımı ilə işğal etdiyini və bu gündə bizim dövlətin güclənməsini qəbul edə bilmir. Əksinə bu güc Ermənistanı və onun cəmiyyətini vahimələndirir. Müharibə şəraitində olan Azərbaycan hərbi gücünü çoxaldır və ordusuna ayırdığı büdcəni ildən-ilə artırır. Bu da əlbəttəki Ermənistanın narahatlığına səbəb olur. Balaynın “ bu silahların muzey üçün olmamasını” deməsi və bunların da bir gün aprel döyüşlərində olduğu kimi nə vaxtsa işə düşəcəyi və düşməyəcəyinə heç kim zəmanət verə bilməz. Balayanın əslində demək istədikləri bunu əks etdirir. Aprel döyüşlərinin təkraralanması və Azərbaycan ordusunun işğal olunmuş torpaqlarını alması və daha da irəli gedərək prezidentin dediyi kimi tarixi Azərbaycan torpaqları olan Göyçə və İrəvan torpaqlarının geri qaytarılmasıdır. Artıq prezidentin dediyi bu sözlər ermənilərin kabusuna çevrilib. Və bu haqda bir sıra siyasət adamları çıxış etdilər. Qeyd etdilər ki, Azərbaycan öz torpaqlarından əlavə, başqa torpaqları da işğal etməyi düşünür. Əlbəttə ki, bu çox gülünc bir vəziyyət idi. Artıq Ermənistan özü işğalçı dövlət olsa da, Azərbaycanı işğalçı dövlət kimi təqdim etməyə başladı. Bu gün Azərbaycan sülh yolu ilə torpaqlarının qaytarılmasına çalışsa da, Ermənistan buna getmir. Hər cür dolayıcı yollara əl atır ki, bu məsələ birazda uzansın. Təəsüf ki, Ermənistan hələ də oyun oynamağa davam edir. Bu gün Azərbaycanın hərbi və siyasi gücü bəllidir”.
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26