Interposta.Info

Ermənilərlə yunanları birləşdirən nədir?

Siyasət / Paradoks
 18-11-2018, 11:10     10 508

Bu günlərdə Azərbaycan və Avropanın gündəmində olan məsələlərdən biri, Kiprin Yunan hissəsindən Avropa Parlamentinə deputat seçilmiş Eleni Texarusun Dağlıq Qarabağa qanunsuz səfərləri, eləcə də Albaniya tərəfindən onun arzuolunmaz şəxs elan olunması ehtimalıdır.
Eleni Texarus kimdir? Məsələylə bağı politoloq Nəzakət Məməmədovayla "İnterPosta.İnfo"nun əməkdaşı Elşən Yahiyayev həmsöhbət olub:

“O, dünyanın bir sıra ölkələrində separatizmə açıq dəstək verən Avropa Parlamentinin üzvüdür. Kipr yunanıdır. O, dəfələrlə Dağlıq Qarabağa qanunsuz səfərlər etməklə, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirmişdir. Eyni zamanda burada separatçı rejimin rəhbərləri ilə görüşlər keçirərək, onlara Avropa Parlamentində hər cürə dəstək vəd etməsidir. 2001-ci ildən aktiv siyasətə qoşulan bu yunan qadın ermənilərə Avropa Parlamentində dəstək verməklə məşğuldur. Bunun nəticəsidir ki, o Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın Brüsselə səfəri zamanı Ermənistanın dövlət mükafatı ilə mükfatlandırılmışdır. Ona Seperatçı Dağlıq Qarabağ qaşısında “xidmətlərinə” görə təşkkür olunmuşdur. Təbii ki, bu aysberqin görünən tərəfidir. Görünməyən tərəfi odur ki, onun erməni lobbisindən küllü miqdarda rüşvət almasıdır. Çünki o özbaşına canfəşanlıq eltmir.Onun Dağlıq Qarabağ separatçılarını canfəşanlıqla müdafiə etməsinin arxasında əlbətdəki erməni diasporasından aldığı küllü miqdarda maliyyə vəsaiti dayanır.Bu təbbi ki, Avropa Parlamentinin üzvünə yaraşmayan hərəkətdir. Bu günlərdə də Albaniya höküməti bu şəxsi arzuolunmaz şəxs elan etməsi gözlənilir. Çünki, bu Albaniyada separatçılıqla məşğul olan yunan azlıqlarından bir nəfərin Albaniya polisi tərəfindən öldürməsiylə bağlı iddia qaldırıb və Albaniya hökümətindən izahat tələb edib. Halbuki həmin şəxs separatçıdır və separatçı yunanların bayrağını qaldırıb və onu müəyyən yerlərə sancmağa cəhd göstərib. Eleni Texarus da bununla bağlı Albaniya hökümətini pisləyib və izahat tələb edib.
Bu da onu göstərir ki, ermənilərlə yunanlar arasında tarixdən gələn bir iş birliyi var və bu əməkdaşlıq bu gündə davam edir. Çünki bunlar özlərini eyni kökdən sayırlar. Dillərinin olduqca oxşar olduqlarını iddia edirlər. Məsələ burasındadır ki, bu xalqlar tarixən separatçılıqla məşğul olublar. Yunanlar Osmanı imperiyasında daima separatçılıq edərək, müharibələrin yaranmasına səbəb olmuşlar. Əsasda bu xalqlar türk millətinə nifrət bəsləyirlər”.
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26