Interposta.Info

Azərbaycan XİN başçısının müavini Ermənistana səfər edəcək -

Siyasət
 26-06-2018, 21:47     10 391

İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

"XeberBiz" xəbər verir ki, bu barədə BakuPost-a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O əlavə edib ki, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq, QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmməd-Quliyev sədrliyi qəbul edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26