Interposta.Info

Bakı və Moskva razılaşdı: Müqavilə bərpa olunur

Siyasət
 25-06-2018, 16:37     10 442

Rusiya və Azərbaycan beynəlxalq avtomobil daşımaları barədə sərbəst tranzit anlaşmasına qayıtmaq niyyətindədir.

"XeberBiz" Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Nəqliyyat və tikinti Komitəsinin rəhbəri Yevgeni Moskviçev deyib.

“Keçirilən görüşlər zamanı Rusiya və Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşmaya qayıtmağı və ən əsas problemi – Rusiya və Azərbaycan arasında tranzitin sərbəst və icazəsiz olması məsələsini həll etməyi qərara aldıq”, - Moskviçev bildirib.

Moskviçevin sözlərinə görə, əldə olunan razılıq İrandan Azərbaycana və Rusiyaya daşınan yüklərin həcminin artmasına səbəb olacaq.

Qeyd edək ki, bu məsələ Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycan Prezidenti İlham Əliyevlə dünən baş tutan görüşündə də müzakirə olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26