Interposta.Info

ABŞ Türkiyəyə niyə F-35-lə bağlı razılıq verdi? - Rus ekspert

Siyasət
 20-06-2018, 20:06     10 361

ABŞ-ın bu qərarı Ankaranın Rusiyadan S-400 almaq istəməyi ilə bağlıdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı ekspert İqor Korotçenko Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun ABŞ-dan F-35 təyyarələrinin alınacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Korotçenko qeyd edib ki, ABŞ Türkiyə bazarını itirməmək üçün belə bir qərar verib:

"ABŞ Konqresinin bütün təhdidlərinə baxmayaraq, Türkiyəyə F-35-lərin verilməsi, Ankaranın S-400 məsələsində prinsipli davrandığını göstərir. Nəticədə ABŞ məsələ ilə razılaşıb məcburi də olsa, praqmatik davranmaq məcburiyyətində qaldı".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26