Interposta.Info

Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu

Siyasət
 21-02-2018, 15:33     10 572

Azərbaycanda aprelin 11-ə keçiriləcək növbədənkənar prezident seçkilərində daha bir partiya iştirak edəcək.

"XeberBiz" BakuPost-a istinadən xəbər verir ki, Azərbaycan Demokrat Partiyası prezident seçkilərində iştirakla bağlı qərar verib.

Qərarda bildirilir ki, ölkədəki ictimai siyasi vəziyyət, siyasi coğrafiyamızda baş verən təhlükəli proseslər, ölkənin avroatlantik məkana inteqrasiyasının vacibliyi, eləcə də demokratik prosedurların işləməsinin mövcudluğunun müstəsna əhəmiyyətini nəzərə alaraq partiya 2007-ci ildə müəyyən etdiyi siyasi kursa uyğun olaraq belə bir qərar verib.

Partiya sədri Sərdar Cəlaloğlu BakuPost-a açıqlamasında seçkidə namizədin özü olacağını deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26