Interposta.Info

Səməd Seyidovun Sərkisyanı susdurduğu o an –

Siyasət
 26-01-2018, 16:56     10 413

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sərkisyan Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində – yanvarın 24-də çıxış edərək yenə də beynəlxalq ictimaiyyəti aldatmağa, Ermənistanda mövcud olan köklü siyasi, iqtisadi və sosial problemlərdən diqqəti yayındırmağa çalışıb.

XeberBiz Teleqraf.com-a istinadən xəbər verir ki, S.Sərkisyan Dağlıq Qarabağ hadisələrində hərbçi kimi iştirak etmədiyini söyləyib. O, daha sonra deyib ki, BMT Təhlükəsizlik Şurası 1992-ci ildə (!) qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına çağırış edib. Halbuki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək 4 qətnamə qəbul edib ki, bunlar da 1992-ci ilə deyil, 1993-cü ilə təsadüf edib. Həmin qətnamələrdə isə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmağa çağırılır. S.Sərkisyanın daha bir riyakarlığı ölkəsinin münaqişənin həlli prosesində qeyri-konstruktiv mövqe tutmasına rəğmən, münaqişənin həllində əsas çatışmazlığın ədalətsizlik və ya onun təbirincə desək, “ədalətin defisiti” olmasını deməsidir.

S.Sərkisyanın yalanları cavabsız qalmayıb. AŞ PA-nın vitse-prezidenti, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söz alaraq deyib:

“Siz nə üçün Xocalı soyqırımından danışmadınız? Həmin soyqırımında azərbaycanlı yaşlılar, uşaqlar məhv ediliblər. Nə üçün Qarabağda törətdiyiniz etnik təmizləmə siyəsətiniz barədə heç nə demirsiniz? Siz beynəlxalq təşkilatların qərarlarına riayət etmirsiniz. İstər bu təşkilat, istərsə də BMT-nin qətnamələri olsun”.

interposta.info həmin çıxışın videosunu təqdim edir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26