İranda baş verən hadisələrin arxasındakı şəxs Əhməd Nejatdır? -
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri ölkədə bir həftədir davam edən etiraz aksiyalarının arxasında sabiq prezident Əhməd Nejatın olduğu fikrini irəli sürüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, komandan eks-prezidentin adını açıq şəkildə vurğulamasa da hadisələrin arxasında onun ola biləcəyinə işarə edib. Yerli mətbuatda Cəfərinin "sabiq məsul şəxs” adlandırdığı şəxsin Əhməd Nejat olduğunu ilə bağlı iddialar yayılıb.
Komandan bildirib ki, son günlər baş verən hadisələr inqilabın əsas sütununu hədəf alan həmin şəxsin nəzarətində olan saytların vasitəsilə etirazçılara çağırış edilərək həyata keçirilib.
"Təhlükəsizlik orqanları bu məsələni araşdırır. Hadisələrin arxasından həmin şəxsin olduğu ortaya çıxarsa, onun barəsində lazımi tədbirlər görüləcək”, – deyə o, bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26