“Böyük dövlətlər sözü bir yerə qoysa, problemlər həll olunar”
“Böyük dövlətlər dünyada problemlərin həlli ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Onların birgə gördüyü iş sadəcə birgə bəyanatla bitir”
Bunu Milli Məclisdə keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Z. Əsgərov bildirib ki, dünyanın xüsusilə iri dövlətləri sözü bir yerə qoysalar, əməli fəaliyyətdə birgə olsalar, onda bu problemlər həll olunar: “Azərbaycan torpaqlarının 20 faizi 25 ildir qonşu Ermənistan tərəfindən işğal altındadır, o cümlədən bu gün dünyada qaçqın, miqrant problemləri xeyli çoxalıb. Amma bunların heç biri ilə bağlı birgə addımlar atılmır”.(APA)
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26