Interposta.Info

Ərdoğan Britaniyanın baş naziri ilə Qüds məsələsini müzakirə etdi

Siyasət
 19-12-2017, 12:20     10 489

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri xanım Tereza Mey ilə telefon danışığında Qüds məsələsini müzakirə edib.

Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, söhbət zamanı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarının bölgədə ciddi narahatlıq yaratdığı ifadə olunub. Hər iki lider sülh prosesində iki dövlətli həll variantının daha ədalətli olmasının İsrail hökuməti tərəfindən də qəbul edilməsinin vacibliyini vurğulayıb.

Bundan başqa, BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı məsələ ilə əlaqədar qətnamə layihəsinə Birləşmiş Ştatların veto qoyması təəssüflə qeyd edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Tereza Mey beynəlxalq ictimaiyyətin məsələnin həllinə daha diqqətlə yanaşmasının vacibliyini vurğulayıblar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26